Zəngəzur dəhlizi ABŞ-nin nəzarətilə reallaşa bilər: İrəvan istisna etmir | VİDEO

Zəngəzur dəhlizi ABŞ-nin nəzarətilə reallaşa bilər: İrəvan istisna etmir    | VİDEO
  11 İyul 2025    Oxunub:2359
"Bütün prinsiplərə əməl olunarsa, Ermənistan Sünik rayonunda (Qərbi Zəngəzur) yolun bir hissəsinə nəzarətin beynəlxalq şirkətə verilməsinin əleyhinə deyil".
AzVision.az xəbər verir ki, Ermənistanın Xarici İşlər nazirinin müavini Mnatsakan Səfəryan “Azatutyun” radiosuna müsahibəsində regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara ötürülməsi variantını şərh edərkən belə deyib.

“Amerika tərəfinin təklifləri danışıqların predmetinə çevriləcəkmi?” sualının qarşılığında erməni diplomat bildirib ki, bu variant Ermənistanın bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər.

- Bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Əgər bu prinsiplərə uyğundursa, bəli, həyata keçirilə bilər. Bu, müzakirə mövzusudur, onun həyata keçirilməsində qarşılıqlılıq prinsipi təmin olunmalıdır,- Safaryan vurğulayıb.

XİN: "Liderlər danışıqların davamı üçün razılığa gəliblər"
İrəvanın kommunikasiyaların açılması ilə bağlı Amerikanın təkliflərini nə vaxt alması barədə sualının cavabında Səfəryan deyib: “Konkret tarix demək mənim üçün çətindir, lakin təkliflər olub.

Bundan əvvəl “Karnegi” fondu Vaşinqtonun Zəngəzur dəhlizinə nəzarətin Amerika şirkətinə həvalə olunması barədə təklif verdiyini açıqlamışdı.

Xatırladaq ki, iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan danışıqlarda ikitərəfli münasibətlərin normallaşdırılmasının bütün aspektlərini ətraflı müzakirə edilib. Müxtəlif formatlarda danışıqların davam etdirilməsi ilə bağlı ümumi razılıq əldə olunub.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zəngəzur   ABŞ  



Xəbər lenti